Pekində Qış Olimpiya Oyunlarının açılış mərasimi başladı - VİDEO


Çində keçirilən Qış Olimpiya Oyunlarının Pekin Milli Stadionunda açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Yeniavaz.com
xəbər verir ki, mərasimdə 91 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak edəcəyi ənənəvi parad keçiriləcək.
Pekin Yay və Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olub.
Belə ki, 2008-ci ildə də Yay Olimpiya Oyunlarının açılış mərasimi “Quş yuvası” kimi tanınan Pekin Milli Stadionunda keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top