Rasim Məmmədov qazini təhqir edib - VİDEO


Polis tərəfindən saxlanılan Rasim Məmmədovun yeni görüntüsü yayılıb. 
Yeniavaz.com
xəbər verir ki, kadrlarda Rasim Məmmədovun bir nəfəri təhqir edərək üzünə tüpürdüyü əks olunur. Təhqir olunan şəxs isə qazi olduğunu bildirir. Sosial şəbəkələrdə onun Birinci Qarabağ müharibəsi veteranı olduğunu qeyd ediblər.
Həmin görüntüləri təqdim edirik:


Xatırladaq ki, bu gün Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanılma anının görüntüləri yayılıb. Daha sonra isə Daxili İşlər Nazirliyi məlumat yayaraq onun saxlanılmasının səbəbini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top