Qəbələ RMX-də tibb bacılarına təzyiq göstərilir? – AÇIQLAMA


Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin (RMX) kiçik tibb bacılarının təzyiqə məruz qaldığı iddia edilir.
Bu barədə xəstəxanada çalışan kiçik tibb bacılarının Yeniavaz.com-a müraciəti daxil olub.
Kiçik tibb bacıları bildirirlər ki, onlar əvvəl Qəbələ Müalicə Diaqnostika Mərkəzinin (MQM) işçiləri olublar. Sonradan MQM Qəbələ Rayın Mərkəzi Xəstəxanasına (RMX) birləşdirilib. İddia edirlər ki, birləşmədən sonra xəstəxanada onlara qarşı rəftar birmənalı deyil. Xəstəxananın digər işçiləri vaxtında evlərinə getdikləri halda, onlardan daha çox işləmək tələb olunur. Bildirirlər ki, qanuni iş saatı 36 saat olduğu halda, onlar 40 saat işləyirlər. Pandemiya ilə əlaqədar səyyar xidmət göstərən tibb bacıları iddia edir ki, onlara normadan artıq səyyar xidmət vaxtı təyin edilir. Bununla bağlı xəstəxananın böyük tibb bacısına müraciət etdikdə isə onlara “Mən bilərəm, necə istəyərəm, elə də edərəm” kimi cavablar verilir.
Məsələ ilə bağlı Qəbələ RMX-dən Yeniavaz.com-a bildirdilər ki, birləşmə prosesi hələ yeni başa çatır:
“Birləşmə prosesi yeni başa çatır, dəqiqləşdirmələr aparılır. “Mən bilərəm, necə istəyərəm edərəm” sözü heç bir işçiyə deyilə bilməz və deyilməmişdir. İşçilərin iş saatları ilə bağlı isə hazırda İnsan resursları və maliyyə şöbəsinə tapşırıq verilib. Mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, işçilərin hüquqları tam təmin olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top