Bakıda avtobus sürücüsü ağlayan körpəni sakitləşdirdi - VİDEO


Bakıda avtobusların birində sürücü ağlayan körpəni sakitləşdirmək üçün öz qucağına götürüb.
Yeniavaz.com xəbər verir ki, hadisənin kadrları sosial şəbəkələrdə yayılıb və qısa zaman ərzində populyarlaşıb.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, görüntülər 2 fevralda “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib:
“Avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir”. 
Qeyd edilib ki, sürücü Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib:
“O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilkin tibbi yardım göstərərək onun həyatını xilas edib”.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top