Putin Çinə getdi


Rusiya prezidenti Vladimir Putin Çinin paytaxtı Pekinə səfər edib. Bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, prezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə səfər proqramının bir gün üçün nəzərdə tutulduğunu bildirib.
Rusiya dövlətinin başçısı Rusiya-Çin danışıqlarında iştirak edəcək, daha sonra Çin Sədri Si Cinpinlə işgüzar naharda üz-üzə danışacaq.
Həmin gün axşam saatlarında Putin XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top