“İnanıram ki, Bakıda babamın heykəli qoyulacaq” - Rəsulzadənin nəvəsi


“İnanıram ki, Bakının mərkəzi yerlərindən birində Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulacaq”.
Yeniavaz.com
modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib.
O, Rəsulzadəyə heykəl qoyulması üçün dövlət qurumlarına müraciət etmək niyyətində olmadığını bildirib.
“Tutaq ki, mən yoxam. Bu dövlətin qurucusu, ideoloqu olan Rəsulzadəyə yaratdığı dövlətdə heykəl qoyulması barədə kimsə müraciət etməlidir. Müraciət edən mütləq nəvəsi olmalıdır, yoxsa ictimaiyyət?
15-20 il öncə Rəsulzadənin heykəlinin harada qoyulması müəyyənləşmişdi, hətta qeyddə yazılmışdı ki, burada onun heykəli qoyulacaq. Heykəl həmin yerdə, onun adına layiq şəkildə şəhərin istənilən görkəmli yerində qoyula bilər. Artıq neçə illərdir bu məsələ qabardılır. “Rəsulzadənin heykəlini harda qoyaq, necə qoyaq?” deyə sual edirlər. Məncə, Rəsulzadə üçün heykəl qoyulması barədə müraciət etmək lazım deyil. Bu olmalıdır və mən inanıram ki, onun heykəli Bakıda qoyulacaq”.
Qeyd edək ki, Xalq Cümhuriyyəti (AXC) qurucusunun Bakıda ziyarət ediləcək heykəli yoxdur. Rəsulzadənin yeganə abidəsi doğulduğu Novxanı kəndində qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top