İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroinin keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

APA

DİGƏR XƏBƏRLƏR

Top