Qaxda 57 yaşlı kişi itkin düşüb


Qaxda 57 yaşlı kişi itkin düşüb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, saçlarının rəngi sarımtıl, gözləri qəhvəyidir. Evdən çıxarkən üzərində qara rəngli şalvar, gödəkçə və ayaqqabı olub.
"Həmin şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)255-23-52 şəhər və (077) 304-54-44 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top