Fərid Qayıbov blogerlərlə görüşüb - FOTOLAR


Gənclər və idman naziri Fərid Qayıbov bloqerlərlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, o, görüşdən öncə Binəqədi Gənclər Evinin fəaliyyəti ilə tanış olub, burada yaradılmış şəraitlə maraqlanıb və mərkəzin xidmətindən istifadə edən gənclərlə söhbət edib.
Görüşdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10-dan çox bloqqer iştirak edib. Onların suallarını cavablandıran nazir sosial media mövzusunda mövcud problemlərlə bağlı müzakirələr aparıb.
Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər öz fəaliyyətləri barədə danışıb, onları narahat edən məsələlər haqqında məlumat veriblər.


DİGƏR XƏBƏRLƏR

Top