"Sülhməramlılar dedilər ki, yük yerini aç, ermənilər baxsın" - VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycana məxsus yük maşınlarının Qarabağda rus sülhməramlı kontingenti ilə yanaşı separatçıların hərbi formasını geyinən şəxslər tərəfindən də yoxlanılmasını əks etdirən kadrlar yayılıb. Kadrlar Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Videoda görünür ki, üzərində Azərbaycan telefon nömrələri və latın hərfləri ilə “Qarabağ” sözü yazılmış bir yük maşını saxlanaraq yoxlanılır. Yoxlamada sülhməramlılara məxsus formada olan iki nəfərlə yanaşı əynində Qarabağdakı separatçılara məxsus polis geyimi olan bir nəfər və hərbi formada bir neçə şəxs də iştirak edir.
Yeniavaz.com xəbər verir ki, kadrlarda baxış keçirilən yük maşınının məxsus olduğu “Qarabağ” yükdaşıma şirkətinin rəhbəri Şövqi Həsənov “BBC News Azərbaycanca”ya müsahibəsində hadisəni təsdiqləyib:
“Maşını Suqovuşandan Kəlbəcərə və əksinə istiqamətdə özüm idarə etdim. Suqovuşanı keçdikdən sonra orda ermənilərin də postu var. Ruslar bizə yaxınlaşıb dedi ki, onları maşının kabininə baxmağa qoymayın, amma yük yerini açın baxsınlar” ,- Şövqi Həsənov bildirib.
Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı “erməni polislərin” maşınların yük yerinə baxdığını deyib.
O qeyd edib ki, ənənəvi olaraq gedib-gəldikləri Murov yolu qarla örtüldüyünə görə bu yoldan istifadə ediblər.
Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı “erməni polislərin” maşınların yük yerinə baxdığını deyib.
O qeyd edib ki, ənənəvi olaraq gedib-gəldikləri Murov yolu qarla örtüldüyünə görə bu yoldan istifadə ediblər.
Daha əvvəl Şuşaya da yük apardığını bildirən Şövqi Həsənov deyir ki, Xankəndi yolu ilə gedib-gəldiyi zaman rus postları ilə yanaşı, müxtəlif erməni postlarından da keçirdilər.
Şirkət rəhbəri vurğulayıb ki, Xankəndidən keçməklə Şuşaya getdikləri zaman heç vaxt “erməni polislər” maşınlara baxış keçirməyiblər.
“Amma bu Kəlbəcər yolunda nə məsələdirsə, maşına baxış keçirirlər. Mən orda ruslara dedim ki, bəs niyə bunlara icazə verirsən maşına baxsın. Erməninin nə maddi marağındadır ki, biz nə aparırıq, nə gətiririk? Dedi, yuxarıdan tapşırıq belədir ki, yük yerlərinə onlar da baxmalıdır. Gedəndə də açdırıb baxdılar, gələndə də” ,- Şövqi Həsənov deyib.
O əlavə edib ki, onunla birlikdə Kəlbəcərə yük aparan digər sürücülər “erməni polislərin” əvvəllər bu marşrut üzrə yük maşınlarına baxış keçirmədiklərini deyiblər.
“Sürücülər mənə dedilər ki, son 1-2 aydır ermənilər də Azərbaycan maşınlarına baxış keçirir” ,- yükdaşıma şirkətinin nümayəndəsi bildirib.
Şövqi Həsənov onu da qeyd edib ki, “erməni polislər” yüklərə baxsa da, hərəkətdə olan yük maşınlarını yalnız rus sülhməramlılarına məxsus hərbi avtomobillər müşayiət edir.

DİGƏR XƏBƏRLƏR

Top