Meyiti quyudan tapılan 4 yaşlı Məryəmin atası danışdı - VİDEO


Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın atası Taleh Allahyarov danışıb.
Yeniavaz.com
xəbər verir ki, “İTV”nin jurnalisti az yaşlının atası ilə həmsöhbət olub.
O bildirib ki, həyat yoldaşından boşandıqdan sonra qızı Məryəm onun yanında qalıb. İşə gedib-gələn ata övladına baxmaqda çətinlik çəkdiyindən onu hər dəfə qonşuluqda yaşayan Mehman Mansurovun ailəsinə verib. Taleh sonuncu dəfə Kürdəxanı qəsəbəsinə işləməyə gedəndə Məryəmi yenə Mehmanın ailəsinə təhvil verib. Lakin sonradan övladının itməsi xəbərini eşidib:
“Mehman sonradan dedi ki, Məryəmi verib xalası qızına. Ayın 23-ü dedi ki, uşağı gətirir. Ondan sonra telefonuna zəng çatmadı. Sonra 102-ə, axtarışa verdik”.
Həmin müddətdə Taleh Allahyarov qızının Mehmanın həyətinin yaxınlığındakı quyuda basdırıldığından şübhələnməyə başlayıb.
Çəkiliş zamanı cinayəti törətməkdə şübhəli bilinən Mehman Mansurov polis və prokurorluq əməkdaşlarının nəzarəti altında hadisə baş verən yerə gətirilib. Cinayəti törətməkdə şübhəli bilinən Mehman hadisəni törətdiyi yeri və az yaşlını atdığı quyunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərərək əməlini etiraf edib.
Fakt üzrə açılan cinayət işi üzrə araşdırmalar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top