Jurnalist Azər Qismət infarkt keçirib


Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva 49 yaşlı jurnalistin ürəyindən əməliyyat olunduğunu bildirib.
“Azər Qismət özünü narahat hiss etdiyindən Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. O, ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, - N.Rəfiyeva deyib.

DİGƏR XƏBƏRLƏR

Top