Bakıda avtobus sürücüsü döyüldü - VİDEO

Bakıda avtobus sürücüsü döyülüb.

Yeniavaz.com xəzərxəbər.az-a istinadla xəbər verir ki, hadisə anı avtobusdakı təhlükəsizlik kamerasına düşüb.

Hadisə ötən gecə, Nizami rayonu ərazisində, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş verib. 113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü 36 yaşlı Mehran Gülməmmədov son dayanacaqda mübahisə etdiyi şəxs tərəfindən döyüldüyünü iddia edir.

Xəstəxanaya aparılan sürücüyə burun sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatından danışan Mehran Gülməmmədovun sözlərinə görə, onu döyən şəxs sərnişin yox, yoldan keçən piyada olub.

Mübahisə bundan sonra da davam edib. Son dayanacağa çatan sürücü həmin şəxsin orada olduğunu görüb.

Xəstəxanaya aparılan sürücü burnundan əməliyyat olub, hazırda onun ev şəraitində müalicəsi davam edir. Sərnişin avtobusunun aid olduğu daşıyıcı şirkətdən isə bildirilib ki, fakt hazırda polis tərəfindən araşdırılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həm sürücü, həm də həmin şəxs polis şöbəsinə dəvət edilib. Onların izahatları alınıb. Hadisənin təfərrüatı şöbədə aparılan araşdırmadan sonra bəlli olacaq və ona hüquqi qiymət veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top