
İsrailin müdafiə naziri Benni Qantz Bəhreynə ilk rəsmi səfərə gəlib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail dövlətinin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Müdafiə naziri Benni Qantz bu gün günorta saatlarında Bəhreynin paytaxtı Manamaya rəsmi səfərə gəlib", - deyə məlumatda deyilir.
Mətbuat xidməti qeyd edib ki, bu, İsrail müdafiə departamentinin rəhbərinin Fars körfəzi ölkəsinə ilk rəsmi səfəridir.
Tətbiqimizi yükləyə bilərsiniz