Sülhməramlılar separatçılarla çiyin-çiyinə “yoxlama” aparır? - VİDEO


Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə həyata keçirdikləri xidməti prosesi əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sülhməramlı kontingentin teleqram kanalında video paylaşılıb.
Videodan Rusiya sülhməramlıları ilə bərabər erməni separatçılarının hərbi formasını geyinmiş şəxslərin də xidmət apardıqları görünür.

Belə ki, kadrlarda Azərbaycan tərəfinin sülhməramlıların nəzarətindəki ərazidən keçən avtomobillərinə, yük maşınlarına sülhməramlıların baxış keçirməsi əks olunub. Ancaq yanlarında separatçıların nümayəndələri  - “polisləri” və hərbi forma geyinmiş terrorçular var.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top