İTS bu şirkətdən 9 milyon manatlıq mal alır – TENDER


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən  keçirilən tender müsabiqəsinin (Təkliflər Sorğusu) qalibi məlum olub. 
Yeniavaz.com
xəbər verir ki, 8 milyon 802 min 800 manat dəyərində olan tender müsabiqəsinin qalibi "Zeytun Pharmaceuticals" MMC (VÖEN – 1701688171) olub.
Müsabiqənin şərtlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  "Zeytun Pharmaceuticals" MMC-dən koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat malları, laborator reaktivlər və sərfiyyat malları, həmçinin PCR kit dəstləri və onlara uyğun sərfiyyat malları alacaq. 
Məlumat üçün bildərək ki, "Zeytun Pharmaceuticals" MMC 09.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 600 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 21C” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.

DİGƏR XƏBƏRLƏR

Top