Xalq artisti oğluna 3 gün toy edəcək - SƏBƏB


Bu gün “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toyudur.

Yeniavaz.com lent.az-a istinadən xəbər verir ki, sənətçinin musiqiçi oğlu Alim Qasımovun nəvəsi Fatimə ilə nikah masasına əyləşəcək.
Onların xoş gününə incəsənət və digər sahələrin tanınmış simaları dəvət olunub. 
N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.
Xatırladaq ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutub. Bu il yanvarın 30-da isə onların qız toyu olub.

DİGƏR XƏBƏRLƏR

Top