Güclü külək əsəcək - HAVA


Azərbaycanda fevralın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütununda 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz
Fevralın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top