Bakıda uşağa işgəncə verən dayə ilə bağlı DİN-dən AÇIQLAMA


Ötən gün sosial şəbəkələrdə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, azyaşlının anası məsələ ilə bağlı ərazi üzrə Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
Qeyd olunub ki, azyaşlının valideyninin şikayəti əsasında hazırda araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.
Qeyd edək ki, dayənin üçyaşlı uşağa şprislə işgəncə verməsini əks etdirən görüntülər evdə quraşdırılan müşahidə kamerasına düşüb. 

DİGƏR XƏBƏRLƏR

Top