“Arman Dikiy” təcridxanadan yoxa çıxdı


“Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumaqeldiyev Qazaxıstanda istintaq təcridxanasından yoxa çıxıb.
Yeniavaz.com
“Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.
Vəkillər bildirir ki, “Dikiy”in hara və niyə getdiyindən məlumatları yoxdur.
Vəkil Talqat Yesimovun sözlərinə görə, hüquq müdafiəçiləri Cumaqeldiyevi sonuncu dəfə bir gün əvvəl görüblər.
Qeyd edək ki, “Arman Dikiy” Qazaxıstanda yanvarın 2-i başlayan iğtişaşların təşkilində şübhəli bilinirdi. O, yanvarın 7-də həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top