Yevlaxda bomba partlayışı nəticəsində ölən şəxsin FOTOSU + YENİLƏNİB


Vətən müharibəsi zamanı düşmənin atdığı kasetli bombanın qalığının bu gün Yevlax rayonunda partlaması nəticəsində həlak olan Kəlbəcər rayon sakini, 26 yaşlı İsmayıl Mikayılovun fotosu yayılıb. 
Yeniavaz.com həmin fotonu təqdim edir:

***12:40
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Yeniavaz.com-a verilən açıqlamada deyilir:
"Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.
Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır".

***11:30
Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

Yeniavaz.com "trend"ə istinadla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə tibb ekspertizası keçirilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top