Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOLAR


Xəbər verdiyimiz kimi
, Prezident İlham Əliyev 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları veriləcək.
Yeniavaz.com
həmin gənclərin təqdim edir.
Axundova Lalə Əhməd qızı - AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Populyasiya genomiksi laboratoriyasında kiçik elmi işçidir.

Bayramova Emiliya Polad qızı - “ASAN Könüllüləri” Təşkilatının sədridir.

Əliyev Azər Ruslan oğlu - Azərbaycan Respublikasının Gənclər və idman nazirliyi yanında İctimai Şuranın sədridir.

Gülaliyeva Səyyarə Müşfiq qızı - Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.

Hidayətov Coşqun Hikmət oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktorudur.

Hüseynov Orxan İsa oğlu – “cadeNZa” orkestrinin artistidir.

Xəlilli Əliqənbər Yadigar oğlu - Hazırda Amerikanın TopTal şirkətində süni intellekt üzrə aparıcı mühəndis olaraq fəaliyyətini davam etdirir.

Qasımov Əziz Kamal oğlu - Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində müəllim vəzifəsində çalışır.

Quliyev Azər Alik oğlu - Bir sıra beynəlxalq mükafatlara layiq görülmüş “Təngnəfəs” filminin rejissorudur.

Muradov Suad Rəşad oğlu - “İstiqbal-1” layihəsinin həmmüəllifidir.

DİGƏR XƏBƏRLƏR

Top