Mingəçevirdə Gənclər Gününə həsr olunan tamaşa nümayiş olundu


Mingəçevirdə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş olunub. 

Yeniavaz.com xəbər verir ki, tamaşa Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı və Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının istedadlı gəncləri tərəfindən hazırlanıb.Tamaşa Mingəçevir Dövlət Dram Teatrında səhnəyə qoyulub. Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” əsəri əsasında hazırlanan tamaşa gənclər tərəfindən müasirləşdirilərək yeni variantda tamaşaçılara təqdim olunub.Gənclərin iştirakı ilə təqdim olunan tamaşa teatrsevərlər tərəfindən  böyük maraqla qarşılanıb.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top