Quyudan tapılan qızın öldürüldüyü məlum oldu - RƏSMİ


Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb.

İstintaq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top