Zakir Həsənov Türkiyədə səfərdədir - VİDEO


Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkəyə səfəri başlayıb.
Yeniavaz.com
“haber global”a istinadən xəbər verir ki, Z. Həsənov səhər saatlarında Ankaraya çatıb.
Bildirilir ki, iki nazir arasında keçiriləcək görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər də müzakirə olunacaq.
Nazirlərin sonuncu görüşü 8 noyabrda Zəfər Günü çərçivəsində Azərbaycanda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top