DGK-dan Səfər Mehdiyevin sözləri ilə bağlı AÇIQLAMA


Sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarı ilə bağlı səsləndirdiyi rəqəmlər barədə iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, dekabr və yanvar aylarında açıqlanan rəqəmlərin bir-birindən fərqlənmədiyi iddia olunub.
İddialarla bağlı Komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov postdan keçən nəqliyyat vasitələrinin azaldığını bildirib:
“Bildiririk ki, son bir ayda əlverişsiz hava şəraiti ilə əlaqədar “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin həcmində kəskin azalma müşahidə olunub. Yanvar ayı ərzində bu postdan 109 nəqliyyat vasitəsi keçib. Məhz buna görə dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl DGK sədri Səfər Mehdiyev sözügedən postdan bu günə qədər 7 minə yaxın nəqliyyat vasitəsinin keçdiyini, bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürüldüyünü açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top