
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov feysbuk səhifəsində paylaşım edib.
C. Valehov bildirib ki, R. Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.
Paylaşımda qeyd edilir ki, Rəhminə xanımın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.