Sürücülərdən “şirinlik” alan yol polisi ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, ötən gün “Baku TV” yük avtomobillərindən rüşvət alan yol polisinin ifşa edilməsi ilə bağlı görüntülər yayıb. Kadrlarda yük avtomobili sürücülərinin 99 YP 258 dövlət nömrə nişanlı yol polisininin xidməti avtomobilinə yaxınlaşaraq “şirinlik” verdiyi müşahidə olunur.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Yeniavaz.com-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.
O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı artıq xidməti yoxlama başlanılıb:
“Sürücülərin müəyyən olunması və məsələyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır”.
Xatırladaq ki, ötən gün BDYPİ-dən məsələyə görüntüləri çəkən şəxsin müraciətindən sonra baxıla biləcəyi qeyd edilib. Bildirilib ki, buna qədər görüntülərdə rüşvət faktının olması ilə bağlı söz demək mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top