Afət Fərmanqızının əri həbs edildi - YENİLƏNİB


Afət Fərmanqızının həyat yoldaşı iki maddə üzrə təqsirli bilinir.
Yeniavaz.com lent.az-a istinadla xəbər verir ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (Xuliqanlıq; silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur.
O, yanvarın 31-i səhər saatlarında Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Xəzər rayon Məhkəməsinin qərarı ilə M. Nanacanov barəsində həbs qətimkan tədbiri seçilib.
 

***11:02

Müğənni Afət Fərmanqızının həyat yoldaşının polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.
M.Nanacanov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.
M.Nanacanov barəsində həbs qəti-imkan tədbiri seçiləcəyi gözlənilir.

***10:44

Azərbaycanlı müğənni Afət Fərmanqızının həyat yoldaşı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müğənni instaqram hesabında paylaşım edib.
A. Fərmanqızı Azərbaycan daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək həyat yoldaşının azad olunmasını istəyib:
“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşım Nanacanov Mamedi (Rusiya vətəndaşı) saxlayıb. Səbəb kimi göstərilir ki, o, İsayev Vaqifi təhqir edib. İsayev Vaqif mənim həyat yoldaşıma 200 min dollar borcu olan şəxsdir. 7 ilə yaxındır deyir ki, bu gün pulu qaytaracaq, sabah pulu qaytaracaq. Həyat yoldaşım da belə olan halda əsəblərinə hakim kəsilə bilməyib, təhqirə yol verib. Təhqir görə əgər adam tululursa, saxlanılırsa, həbs olunursa, biz müğənniləri hər gün onlarla, yüzlərlə təhqir edən insan olur, bəs onlar niyə həbs olunmur? Mən Xəzər RPİ-nə sual verirəm. Dəfələrlə məni təqir edən şəxsləri şikayət etmişəm. Tapıb gətiriliblər, bölmədə başa salınıblar, etikaya dəvət olunublar. Nə saxlanıblar, nə də ki həbs olunublar. Belə olan halda Mamed Nanacanovla həmin insanların fərqi nədir? Mamed Nanacanov Rusiyada iş adamıdır, ona görə həbs etmək lazımdır? Cənab nazir, düşünürəm ki, bu məsələdə də haqq-ədalət öz yerini tapacaq”.

DİGƏR XƏBƏRLƏR

Top