Sarkisyanın səlahiyyətlərinə rəsmən xitam verildi


Ermənistan parlamentinin spikeri Alen Simonyan prezident Armen Sarkisyanın səlahiyyətlərinə xitam verilməsi haqqında protokol imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Bundan sonra Parlamentin spikeri Alen Simonyan dövlət başçısının səlahiyyətlərini icra edəcək.
Erməni deputatların yeni prezidenti seçmək üçün minimum 25, maksimum 35 gün vaxtı var.
Bu vəzifəyə namizədləri həm iqtidar, həm də müxalif partiyalar irəli sürə bilər. Vəzifəyə seçilmək üçün deputatların səslərinin dörddə birini toplamaq lazımdır.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bildirib ki, mövcud Konstitusiya onun potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici və iqtisadi siyasətə, diasporla əlaqələrə təsir mexanizmlərinin yaradılacağı vəd edilib, lakin bu, baş tutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top