Şəhid zabitlə vida mərasimi keçirilir - FOTOLAR + YENİLƏNİB


Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu Şirvan şəhərində vida mərasimi keçirilir.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, zabitin nəşi Şirvanda yaşadığı evə gətirilib.
Vida mərasimində hərbçinin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.



***11:32

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçularımıza şəhid statusu verilib", - məlumatda qeyd edilib.
Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.
Qeyd edək ki, baş leytenant F.Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.
F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.

***10:08
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.
Zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, biri oğlan, biri qızı yadigar qalıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dvam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi isə ötən gün aşkar edilib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top