
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qəza rayonun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Babayeva Bibixanım Valeh qızını avtomobil vurub.
61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                