Bu bölgələrdən idxala qadağa qoyuldu


Niderland Krallığının Şimali-Brabant əyalətində, Polşanın Podkarpatsk inzibati ərazisində və Bolqarıstanın Dobriç vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Niderlandın Şimali-Brabant əyalətindən, Polşanın Podkarpatsk inzibati ərazisindən və Bolqarıstanın Dobriç vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından, Polşa və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Gömrük Komitəsinə müraciət olunub.

DİGƏR XƏBƏRLƏR

Top