Hacıqabulda 13 yaşlı uşağı avtomobil vurdu


Hacıqabul rayonunun Cəngən kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobil kənd sakini, 2009-cu il təvəllüdlü Qocayev Əli Teymur oğlunu vurub.

13 yaşlı Ə.Qocayev ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top