Deputatın ailəsinə məxsus 5,6 milyon funt müsadirə olundu


İngiltərənin Milli Kriminal Agentliyi yanvarın 31-də Azərbaycanlı deputat Cavanşir Feyziyevin ailəsinə məxsus olduğu iddia edilən  5,6 mln. funtluq hesaba həbs qoyulduğu barədə məlumat yayıb.
Yeniavaz.com
“Bloomberq”ə istinadla xəbər verir ki, pulun müsadirəsi mənşəyi araşdırıldıqdan sonra həyata keçirilib.
Araşdırma zamanı Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib. Müstəntiqlər vəsaitin Estoniya və Latviyadan saxta şirkətlər vasitəsilə yuyulduğunu hesab edirlər. Bu köçürmələrin bir hissəsi əməliyyatın qanuniliyini təsdiq edən müqavilələrlə müşaiyət olunub. Amma Londonun Vestminster məhkəməsində üç həftə davam edən prosesdən sonra hakim Con Zani bildirib ki, sənədlərin tamamilə saxta olduğunun və əsas pulların yuyulmasını ört-basdır etmək üçün hazırlandığına dair dəlillərin olduğunu təsdiqlənib.
Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 mln. funt sterlinq təşkil edib, onun üçdə birini - 5,6 mln. funt sterlinqini məhkəmə müsadirə edib.

DİGƏR XƏBƏRLƏR

Top