
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daha bir açıqlama yayıb.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Yeniavaz.com-a bildirib ki, təmsil etdiyi qurum Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, Komissiyadan Dövlət Komitəsinə bildirilib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq icra hakimiyyətinin əməkdaşları ailədə olublar və fakt araşdırılıb.
Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub: "Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir".
T.Mərdanoğlu bildirib ki, hazırda məsələ Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.
***14:30
Masallıda 15 yaşlı qız ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşalrı tərəfindən araşdırma aparılıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadinin (ad şərtidir) ailəs rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.
Qızın ailəsi azyaşlı qızının oğlanla nişanlanmasına icazə veriblər.
Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızn 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz