
Rusiyanın Moskva vilayətinin Troitse-Seltso kəndindəki hava hücumundan müdafiə hərbi hissəsinin silahlanma otağında atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“İlkin məlumata görə, müqaviləli əsgər çağırışçının başına atəş açıb. Hadisə nəticəsində çağırışçı əsgər ölüb”.
Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyən edilir.
Tətbiqimizi yükləyə bilərsiniz