Daşkənddə ana qızını ayının qəfəsinə atdı – VİDEO


Özbəkistanın paytaxtı Daşkənd zooparkında ana qucağında saxladığı 3 yaşlı qızını Zuzu adlı ayının qəfəsinə atıb.
Yeniavaz.com
“Sputnik Tacikistan”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videodan görünür ki, ziyarətçilərin və zoopark mühafizəçilərinin ananı saxlamaq cəhdlərinə baxmayaraq, uşaq 5 metrə yaxın hündürlükdən yıxılıb. Ayı uşağa zərər verməyib, lakin qız şok vəziyyətində xəstəxanaya aparılıb və ona kəllə-beyin travması diaqnozu qoyulub.
Ana adam öldürməyə cəhddə ittiham olunub. Bildirilir ki, qadını 15 ilə qədər həbs gözləyir. Hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.
Qeyd edək ki, ana uşaqları ilə Daşkəndin Sergeli rayonunda atasının evində yaşayırmış. Məlum olub ki, qadın onu tərk edərək Rusiyaya gedən ərinə görə depressiyaya düşüb.

DİGƏR XƏBƏRLƏR

Top