Şuşa və Ağdama səfərlərlə bağlı məhudiyyət ləğv olundu


Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Qeyd edək ki, ilkin mərhələdə vətəndaşlara hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti qoyulmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top