Lənkəranda 11-ci sinif şagirdi qəfil ölüb


Lənkəranda 17 yaşlı oğlan ölüb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları evdə ölüb.
Yaxınlarının dediyinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışıb. Lakin Elvar qəfil dünyasını dəyişib.
O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhhətində hər hansı problemin olmadığı bildirilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib. Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top