Cəlilabadda maşın kanala aşıb, sürücü ölüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad şəhərində "ВАЗ" markalı minik avtomobilinin körpüdən aşaraq su kanalına düşməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top