Hacıqabulda itkin düşən qadın tapıldı - YENİLƏNİB


Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb.
Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verib. 
O bildirib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hümmətova rayon ərazisində tapılıb və ailəsinə təhvil verilib.

***09:20
Hacıqabulda 59 yaşlı qadın itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Hacıqabul rayon sakini 59 yaşlı Svetlana Hümmətova yanvarın 27-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Svetlana Hümmətovanın əlamətləri belədir: boyu 165 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, qara yubka və qara ayaqqabı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top