Sudanın paytaxtında etiraz aksiyası - Ölən var


Sudanın paytaxtında hərbi hakimiyyətə qarşı kütləvi etirazlar keçirilir.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, aksiyalar zamanı azı bir nəfər ölüb. Bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsinin feysbuk səhifəsində dərc olunmuş bəyanatında deyilir:
"Xartumda 27 yaşlı Məhəmməd Yusif İsmayıl sinəsindən aldığı ölümcül yara nəticəsində dünyasını dəyişib. Çevriliş nəticəsində hakimiyyətə gələnlər hədsiz zorakılıq və qanlı repressiyalarla insanlığa və dinc nümayişçilərə qarşı cinayətlər törətməkdə davam edirlər”.
Qeyd edək ki, minlərlə sudanlı Xartum və ölkənin digər şəhərlərində mülki idarəetmə tələbi ilə küçələrə çıxıb. Etirazçıların bir hissəsi Sudanın paytaxtında yerləşən prezident sarayına doğru istiqamətlənib. Yerli polis nümayişçiləri dağıtmaq üçün səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top