Salyanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib


Salyanda yaşayış binasında yanğın olub.
Bu barədə Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top