Ərdoğandan mikrafonu alan azyaşlının dedikləri gündəmə çevrildi - VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi açılış mərasimində azyaşlı uşağın Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlu haqqında dedikləri ölkədə gündəmə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, Trabzon vilayətində baş tutan və yüzlərlə Türkiyə vətəndaşının iştirak etdiyi ümumi açılış mərasimi zamanı səhnəyə əlində oyuncağı ilə azyaşlı uşaq çıxıb və Türkiyə Prezidentinin əlindən mikrafonu alaraq CHP lideri Kamal Kılıçdaroğlunu “xain” adlandırıb. Balaca hər kəsi R. T. Ərdoğanı dəstəkləməyə çağırıb.
Ərdoğan və ətrafındakı səlahiyyətli şəxslər azyaşlının bu sözlərinə gülümsəyərək reaksiya veriblər.
K. Kılıçdaroğlu isə məsələ ilə bağlı açıqlamasında azyaşlı ilə bağlı mətbuat qurumlarının heç bir xəbər paylaşmamasını xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top