Bakıda Türkiyə bayrağına hörmətsizlik edən o imiş - VİDEO


"Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir", - DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, F. İsmayılov Bakıda əlindəki kəsici alətlə Türkiyə bayrağının ipini kəsib və nəticədə dövlət rəmzi yerə düşüb.
Xatırladaq ki, Fuad İsmayılov son parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara MSK sədri ilə əlaqədar yazdığı yazıya görə də saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top