İŞİD-in qadın batalyonuna rəhbərlik etməkdə günahlandırılan müəllim saxlanıldı


ABŞ-ın Kanzas ştatından olan keçmiş müəllim Alison Fluke-Ekren ABŞ-da İŞİD terror qruplaşmasının tamamilə qadınlardan ibarət batalyonuna rəhbərlik etməkdə, digər qadın və uşaqlara silah və qumbaraatanlardan istifadə etməyi öyrətməkdə ittiham olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. 42 yaşlı ABŞ-lı qadına qarşı terrora maliyyə dəstəyi ittihamı 2019-cu ildə irəli sürülüb, lakin yeni iddia bir gün əvvəl ortaya çıxıb. Müstəntiqlərin fikrincə, o, ABŞ təhsil müəssisələrindən birində terror aktı planlaşdırıb, ekstremist təbliğat materiallarını tərcümə edib, qadınlara və uşaqlara İŞİD-in ideologiyasını öyrədib. Fluke-Ekren ərəb, ingilis, ispan və türk dillərini mükəmməl bilir.

 

DİGƏR XƏBƏRLƏR

Top