ABŞ-a güclü qar yağdı


ABŞ-ın şərq sahillərini vuran qar fırtınası səbəbilə Massaçusets ştatında 114 minə yaxın insan işıqsız qalıb. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, ABŞ-da 113,9 mindən çox insan elektrik enerjisinin kəsilməsi ilə üzləşib. Ən çətin vəziyyət ani külək nəticəsində daşqınların başladığı sahilyanı ərazilərdə ortaya çıxıb.
Ştatın bəzi ərazilərinə bir sutkadan az müddətdə 30 sm-dən çox qar yağıb. Proqnoza görə, gün ərzində hər saatda 5 sm-ə yaxın yağıntı yağacaq, küləyin sürəti 34 m/s-dək güclənəcək. 

 

DİGƏR XƏBƏRLƏR

Top