Çexiyada partlayışla bağlı gizli hesabatın səhvən məhv edildiyi açıqlandı


Çexiya hökuməti Rusiya xüsusi xidmət orqanları tərəfindən edildiyindən şübhələnilən Vrbetice kəndində hərbi anbarlarda baş verən partlayışlarla bağlı məxfi hesabatı səhvən məhv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb.
Bu, bir həftə əvvəl polisin prezident administrasiyasından 2021-ci il aprelin 7-də daxil olan məxfi sənədin yoxlanılması tələbindən sonra məlum olub. 
Faktla bağlı araşdırma başladılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top