Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. 

Yeniavaz.com xəbər verir ki, görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açıldı.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.

DİGƏR XƏBƏRLƏR

Top